“Silahlanmamızı ictimai şəkildə göstərməliyik” - Paşinyan

2026/03/1773311508.jpg
Oxunub: 430     13:56     15 Mart 2026    
Partiya daxili təşviqat çərçivəsində Qafanda olan Ermənistan Baş naziri Nikol Paşinyan bu gün sakinlərlə söhbətində bildirib ki, silahlanmanı ictimai şəkildə göstərmək lazımdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Mən 2-3 ay əvvəl bəyanat verdim ki, əldə etdiklərimizi görmək istəyən vətəndaşları aparıb göstərəcəyəm. Artıq bir neçə qrupu dəvət edib aparmışam və göstərmişəm. Lakin insanların sayı o qədər çoxdur ki, belə nəticəyə gəldik: hamıya göstərmək lazımdır, bunu ictimai şəkildə etməliyik. Ancaq biz bunu sülhü vurğulayaraq və sülh kontekstində edirik. Sülhdür, qonşularımızla gərginlik yoxdur və ümid edirik ki, qonşularımız bunu aqressivliyin nümayişi kimi qəbul etməyəcəklər”, - deyə Paşinyan sakinlərə bildirib.

O vurğulayıb ki, xalq qarşısında hesabat təqdim edəcəklər və bu tədbirin yəqin ki, may ayında keçirilməsi planlaşdırılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin