Erməni ictimai xadim: “Bu, növbəti şok idi, Paşinyan dedi-qodunu və ucuz təbliğatı Avropaya apardı”

2026/03/1773560063.jpg
Oxunub: 338     11:37     15 Mart 2026    
“Nikol Paşinyan bu addımına görə nəinki utanmır, əksinə bununla fəxr edir və etiraf edir ki, “muzey-institut”un direktorunun ərizə yazması onun göstərişi ilə baş verib”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Harut Uloyan qondarma “soyqırımı muzey-institutu”nun direktorunun işdən çıxarılmasını şərh edərkən deyib.

“Soyqırımı muzey-institutu”, ilk növbədə, elmi müəssisədir və onun direktoru dövlət siyasətini həyata keçirən və ya təmsil edən şəxs deyil.

Əgər həmin şəxs hansısa elmi mövzu ilə bağlı kitab yazmağı və ya onu hədiyyə etməyi məqsədəuyğun hesab edibsə, bu, dövlətin işi deyil. Yəni əgər onlar istəmirdilərsə ki, “muzey-institut”un direktoru Vensi “soyqırımı qurbanları”nın (qondarma-red.) xatirə kompleksinə müşayiət etsin, elm, təhsil, mədəniyyət və idman naziri onu müşayiət edərdi. Amma bunu həyata keçirməyi “muzey-institut”un direktoruna tapşırıb sonra belə münasibət göstərmək, ilk növbədə, elmi dairələrə istehzadır. Ermənistanın elmi dairələrindən reaksiya görmürəm, amma beynəlxalq elmi dairələr baş verənləri çox düzgün başa düşdülər”, - deyə o bildirib.

Uloyan qeyd edib ki, Paşinyan təkcə elm sahəsinə müdaxilə etmir, həm də hansı mövzuların tabu olacağını diktə etməyə çalışır.

“Yəni Qarabağla bağlı istənilən elmi tədqiqatı, məqaləni və ya kitabı, onun dediyi kimi, hökumətin xarici siyasətinə zidd kimi təqdim edib qadağan edə bilər və Ermənistanda istənilən şəxsin belə mövzu ilə məşğul olmasına mane ola bilər. Onun elmi fəaliyyətini dayandıra, bu mövzuların xaricdə təqdim olunmasına mane ola, qrantlara maneçilik törədə bilər və s.

Ona görə də bu elə bir mövzudur ki, məsələ təkcə Paşinyanı sevmək və ya sevməmək deyil. Hamı görməlidir ki, o, artıq birbaşa şəkildə Ermənistanda insanların müxtəlif məsələlər barədə necə düşünməli olduğunu diktə etməyə başlayıb”, - deyə Uloyan bildirib.

O, həmçinin Paşinyanın Avropa Parlamentindəki çıxışına da toxunub: “Həmin çıxışı izləyərkən növbəti dəfə şok yaşadım. Dövlət rəhbəri necə gedib yad insanların qarşısında dayanaraq daxili problemlərdən danışa bilər? Hətta daxili problemlərdən də yox, burada dolaşan dedi-qoduları və öz ucuz təbliğatını Avropa tribunasında həm kilsə, həm də müxalifət haqqında səsləndirir.

Erməni xalqı ən pis yuxusunda belə belə bir mənzərə görməməli idi. Mən isə təəccüblənirəm ki, Paşinyanı dəstəkləmək üçün heç bir şəxsi marağı olmayan rasional insan belə bir şeyi necə alqışlaya bilər. Bu, milli rüsvayçılıqdır, milli biabırçılıqdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uloyan   Paşinyan  


Bizi "telegram"da izləyin