Erməni sakin: “Onun xəritəsində Mehri yoxdur”

2026/03/Ekran-1773514190.jpg
Oxunub: 403     22:52     14 Mart 2026    
“Onun xəritəsində Mehri yoxdur, yəni sərhədin 3-4 kilometrlik hissəsi göstərilməyib”.

Ordu.az xəbər verir ki, bunu “News.am” nəşrinə açıqlamasında Ermənistanın Aqarak kəndinin sakini deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Aqarakda baş verən mübahisə zamanı Paşinyanın sinəsinə taxılmış Ermənistan xəritəsində Mehrinin olmadığını qeyd edib.

Erməni sakin bildirib ki, onu ən çox narahat edən “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) məsələsidir və bunun nəticəsində türklərin həmin əraziyə gələcəyindən ehtiyat edir.

“Əgər “Tramp yolu” Azərbaycanın iki hissəsini birləşdirməlidirsə, biz burada hansı faydanı görəcəyik? Dəmir yolu bizə məxsus olacaq? Əlbəttə yox. Yol bizə məxsus olacaq? Yenə yox. Deyirlər ki, biz nəzarət edəcəyik, amma necə nəzarət edəcəksən, nə ordun var, nə də başqa bir şey.

Dəmir yolunu kim istismar edəcək? Türklər. Yenə gələcəklər və əvvəlki kimi doluşacaqlar. Dəmir yolunu qoruyan kimi gəlib bütün sərhədyanı kəndlərdə məskunlaşacaqlar”, - deyə erməni sakin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mehri  


Bizi "telegram"da izləyin