“Rusiyada çoxları düşünür ki, erməni xalqı bizim haqqımızda nə fikirləşəcək?” - Köçəryan

2026/03/1773514043.jpg
Oxunub: 388     22:46     14 Mart 2026    
“Rusiyada ortaq keçmişdən qaynaqlanan erməni xalqına qarşı müəyyən sentimental münasibət mövcuddur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan podkast zamanı bildirib.

“Rusiyada çoxları düşünür ki, erməni xalqı bizim haqqımızda nə fikirləşəcək? Məsələn, Donald Tramp öz siyasətində Kanadaya qarşı təzyiq edərkən kanadalıların onun haqqında nə düşünəcəyini fikirləşmir, o, sırf praqmatik hesablamalarla hərəkət edir. Mən bəzən düşünürəm ki, əgər Rusiya da belə praqmatik hesablamalara keçsə və Trampın Kanada və Meksikaya münasibətdə etdiyi kimi addımlar atsa, tərəfdaşlarına 100 faiz tariflər tətbiq etsə, nə baş verər.

Rusiya bizə qarşı müəyyən sentimental münasibət göstərir və bunun olması yaxşıdır. Əgər bu olmasa, indiki hakimiyyətin etdiyi o manevrlər Ermənistana çox baha başa gələr”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin