Paşinyan əsəbiləşib: “Mehrini çıxaran da, buna şübhə edən də başını divara vurub, başa düşdük bir-birimizi?”

2026/03/Ekran-1773510039.jpg
Oxunub: 442     21:38     14 Mart 2026    
Partiyadaxili təbliğat kampaniyası çərçivəsində Aqarak şəhərində olan Ermənistan Baş naziri Nikol Paşinyan bu gün bir erməni sakinin iradından sonra yenidən əsəbiləşib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Erməni sakin Paşinyanın sinəsinə yapışdırılmış xəritədə Mehrinin görünmədiyini qeyd edib.

“Əgər Mehri çıxarılıbsa, sən harada dayanırsan? Bəlkə sən də burada deyilsən, xəbərimiz yoxdur? Bəs nə deyirsən ki, Mehri çıxarılıb? Mehrini çıxaran da, buna şübhə edən də başını divara vurub, başa düşdük bir-birimizi? Belə xəbərlər yayanlar da başlarını divara vurublar, oldu?”, - deyə o bildirib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin