Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Qərbyönlü qüvvələr bir siyahıda birləşməkdən imtina ediblər” başlıqlı məqaləsində yazıb.
“Məlumatımıza görə, son vaxtlar intensiv danışıqlar aparılıb, hətta Avropa İttifaqının səfirlikləri və hakimiyyət dairələri də müdaxilə etməyə çalışıblar ki, “Respublika” və “Respublika naminə” partiyaları ümumi razılığa gəlsinlər. Lakin Aram Zaveni Sarkisyan “iki ayağını bir ayaqqabıya salaraq” qəti şəkildə imtina edib və öz partiyasının siyahısına nə Arman Babacanyanı və onun partiya üzvlərini, nə də vətəndaş cəmiyyəti nümayəndələrini daxil etmək istəmir”, - deyə KİV qeyd edib.
Nəşrin mənbəsinin sözlərinə görə, iki partiya arasında gərginlik hələ çoxdan yaranıb.
“Bu, hələ Gümrüdə keçirilən yerli özünüidarəetmə seçkiləri dövründən başlayıb. Həmin vaxt Levon Barseğyanın rəhbərlik etdiyi “Yevrakve” təşəbbüsünün bütün maliyyələşdirilməsi yalnız Arman Babacanyan tərəfindən təmin edilib.
Vağarşapat seçkilərində isə Babacanyan və onun partiyası “Respublika” partiyasına nə maliyyə, nə də siyasi baxımdan hər hansı dəstək göstərib.
Hazırda isə iki partiyanın parlament seçkilərində vahid siyahı ilə iştirak etməsi demək olar ki, mümkün görünmür. Nəticədə Avropa İttifaqından ayrılan vəsaitlərin yalnız çox kiçik hissəsi “Respublika naminə” partiyasına veriləcək və həmin partiyanın seçki siyahısına vətəndaş cəmiyyəti nümayəndələri də daxil ediləcək.
Aram Sarkisyan əmindir ki, onlar 4 faizlik seçki baryerini keçə biləcəklər. Xatırladaq ki, Vağarşapatda partiya 3,9 faiz səs toplamışdı. Sarkisyan hesab edir ki, parlamentdə kiçik fraksiya yarada bilər, lakin digər qərbyönlü qüvvələri özü ilə parlamentə aparmaq istəmir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az