“Müxalifətin qələbəsi halında ölkəmizdə əsaslı yenidənqurma baş verəcək” - Levon Ter-Petrosyan

2025/09/1758708448.jpg
Oxunub: 383     19:39     14 Mart 2026    
“Erməni Milli Konqresi” Partiyasının 5-ci qurultayı zamanı partiyanın idarə heyətinin üzvü Avetis Avaqyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müraciətini oxuyub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Müraciətdə qeyd olunur: “Bu gün sizə prezidentin salamını çatdırmaq mənim üçün böyük şərəfdir. Prezidentin salamı belədir: “Erməni Milli Konqresi”nin beşinci qurultayının bütün iştirakçılarını səmimi qəlbdən salamlayır, qarşıdakı parlament seçkilərində arzulanan nəticəyə nail olmaq ümidi ilə sizə uğurlar və səmərəli fəaliyyət arzulayıram. Sizin fəallığınıza, savadlı və cəsarətli çıxışlarınıza və təhlillərinizə, “Facebook”da parlaq paylaşımlarınıza heyranam.

Həmçinin ittifaqların formalaşdırılması istiqamətində göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm, partiyanın yaşlı nəslinin nümayəndələrinə dərin hörmətimi bildirir, gənc nəslin enerjili və cəsur konqres üzvlərinə səmimi salamlarımı çatdırıram. Mənim hisslərimə görə, qarşıdakı seçkilərdə müxalifət qələbə qazanacağı təqdirdə ölkəmizdə həqiqətən də əsaslı yenidənqurma baş verəcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Petrosyan   Ermənistan  


Bizi "telegram"da izləyin