İran müharibəsinin iki həftəsində itkilər və xərclər

2026/03/1773484940.jpg
Oxunub: 532     14:48     14 Mart 2026    
İranda müharibənin başlamasından iki həftə sonra yüzlərlə insan həlak olub, milyonlarla insan evini tərk etmək məcburiyyətində qalıb və milyardlarla dollar xərclənib. Müharibənin dağıdıcı təsiri bütün regiona yayılıb.

Ekspertlərin sözlərinə görə, təqdim olunan rəqəmlər hazırda mövcud olan məlumatlara əsaslanır və xüsusilə iqtisadi təsirlər və mülki itkilər baxımından real göstəricilər daha yüksək ola bilər.

Martın 13-nə olan məlumata görə əsas göstəricilər belədir:

İranda həlak olan mülki şəxslər
1200-dən çox

İranda yaralananlar
10 mindən çox

Müvəqqəti köçkün vəziyyətinə düşən iranlılar
3,2 milyona qədər

ABŞ hərbçiləri arasında itkilər
ən azı 13 nəfər, o cümlədən 7-si döyüş nəticəsində

Zərər görən İran xəstəxanaları
25 tibb müəssisəsi zədələnib, 9-u fəaliyyətini dayandırıb

Livanda həlak olanlar
773 nəfər

Livanda yaralananlar
1933 nəfər

Livandan köçkün düşən insanlar
830 min nəfər

İsraildə həlak olanlar
12 mülki şəxs və 2 hərbçi

Körfəz ölkələrində həlak olanlar
ən azı 16 nəfər

ABŞ-də müharibəyə qarşı olanların faizi
56 faiz


Maliyyə xərcləri

Müharibənin ilk 12 günündə ABŞ xərcləri
təxminən 16,5 milyard dollar

“Epic Fury” əməliyyatının ilk 100 saatında ABŞ xərcləri
təxminən 3,7 milyard dollar


İnfrastruktur zərərləri

ABŞ-İsrail kampaniyası zamanı vurulan hədəflər
15 mindən çox

Zədələnən və ya məhv edilən İran gəmiləri
90-dan çox

Regionda vurulan gəmilər
16

ABŞ tərəfindən məhv edilən İran mina döşəyən gəmiləri
30-dan çox

Beyrutun mərkəzində İsrail hücumları
3


Neft qiymətləri

Son həftədə Brent markalı neftin ən yüksək qiyməti
bir barel üçün 119,50 dollar

Beynəlxalq Enerji Agentliyi tərəfindən bazara buraxılan neft
400 milyon barel

ABŞ tərəfindən Strateji Neft Ehtiyatlarından buraxılan hissə
172 milyon barel

Hörmüz boğazından keçən dünya neftinin payı
20 faiz

ABŞ-də benzinin orta qiyməti
bir qallon üçün 3,63 dollar, bu isə ötən illə müqayisədə 55 sent çoxdur.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin