"Süni intellekt gələcəkdə insan davranışına böyük təsir göstərəcək" - Asmitha Satyarthi

2026/03/Ekran-1773478588.jpg
Oxunub: 422     12:51     14 Mart 2026    
Bu gün gənclərin 88 faizi öz həmyaşıdları ilə ünsiyyət əvəzinə ChatGPT ilə ünsiyyət qurur. Süni intellekt gəkəcəkdə insan davranışına böyük təsir göstərəcək.

Ordu.az xəbər verir ki, bunu "Satyarthi Movement for Global Compassion" təşkilatının baş icraçı direktoru Asmitha Satyarthi bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası" adlı panel müzakirələrində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, həm fərdi, həm də sosial səviyyədə ciddi bir zərbə olacaq:

"İnsanlar arasındakı bu boşluq onları təcrid olunmuş vəziyyətə sala bilər. Fəsadları isə ətraf mühitə və iş yerlərinə təsir edəcək. Biz bunun haqqında danışmalıyıq. Bu, güclü siqnallardır. Hardasa bir səhv var və onu tapmaq lazımdır.

Bu “virus” artıq cəmiyyətə daxil olub. İnsanların həyatına süni intellektin qərəzli təsiri böyük ola bilər. Ədalətsiz süni intellekt var və milyonlarla insan onun təsiri altındadır. Bu halda sual yaranır: bu təsirləri aradan qaldırmaq üçün nə etmək lazımdır?

Cavab mərhəmətli yanaşmadadır. Bu, vacibdir. Mərhəmət özü ən mühüm alətdir. Mərhəmət bu funksiyanı yeni quruluşa aparan amil kimi qəbul edilməlidir. Tənzimləmə təkcə kifayət deyil. Onun əsasını təhsil və düzgün yanaşma təşkil etməlidir.

Süni intellekt sayəsində mərhəmətli yanaşma bizə dəstək ola bilər, yoxsa ciddi bir böhrana düşəcəyik. Bu barədə indidən düşünməliyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Asmitha-Satyarthi   Süni-intellekt  


Bizi "telegram"da izləyin