Prezidentin köməkçisi Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi ilə görüşüb

2026/03/1773478440.jpg
Oxunub: 480     12:43     14 Mart 2026    
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo və Çinin Azərbaycandakı səfiri Lu Mey ilə görüşüb.

Ordu.az xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı "X" sosial media hesabında paylaşım edib.

"Azərbaycan–Çin hərtərəfli strateji əməkdaşlığı barədə fikir mübadiləsi apardıq və əsas regional məsələləri müzakirə etdik. İkitərəfli münasibətlərimizin dərinliyini əks etdirən dəyərli dialoq oldu", - o paylaşımında bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Çin  


Bizi "telegram"da izləyin