Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, tarixçi Armen Ayvazyan yazıb.
“Paşinyanın və onun “Vətəndaş Müqaviləsi” Partiyasının fikrincə, ermənilər və ümumilikdə Ermənistan vətəndaşları türklər və azərbaycanlılardan daha az hüquqlara və daha aşağı statusa malik olmalıdırlar. Ermənistan ermənilərini İstanbul ermənilərinin səviyyəsinə endirmək istəyirlər.
Beləliklə, ölkədə siyasi-hüquqi bərabərsizlik rejimi formalaşır. Ermənilərin taleyi Ermənistanda Qəzza zolağında yaşayan fələstinlilərin taleyinə bənzəməyə başlayacaq. Təhlükə məhz budur. Bunu anlamaq və buna uyğun hərəkət etmək lazımdır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az