WUF13 çərçivəsində qonaqların Qarabağa səfəri nəzərdə tutulub

2026/03/Ekran-1773474132.jpg
Oxunub: 383     11:32     14 Mart 2026    
Ümumdünya Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində qonaqların Qarabağa, Şərqi Zəngəzurə səfəri nəzərdə tutulub.

Ordu.az xəbər verir ki, bunu "Report"un sualına cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, Ümumdünya Dünya Şəhərsalma Forumunun əsas məkanı Bakıdır və Qarabağda hər hansı hissəsinin keçirilməsi nəzərdə tutulmayıb:

"Lakin forum çərçivəsində bütün iştirakçıların Qarabağa, Şərqi Zəngəzurə səfər etmək imkanı yaradılacaq. Forum çərçivəsində, sözsüz ki, bir çox tədbirlər, sessiyalar işğal nəticəsində dağılmış ərazilərin yenidən qurulması ilə bağlı məlumatın dünya ictimaiyyətinə çatdırılmasına və bunun üçün Azərbaycan hökumətinin gördüyü iş barədə məlumatın bölüşdürülməsinə həsr olunacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: WUF13   Qarabağ  


Bizi "telegram"da izləyin