Ordu.az xəbər verir ki, bunu erməni politoloq, Ermənistanın Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants deyib.
“Vitali Balasanyan istər-istəməz hakimiyyət üçün hədiyyə olan bir fikir səsləndirib. Çünki hakimiyyətin bütün narrativi guya bütün müxalifətin Rusiyaya tabe olması üzərində qurulub. Üstəlik, o, bu bəyanatı kilsənin həyətindən verib. Bir tərəfdən deyirsən ki, katolikosla yaxın münasibətlərin var, digər tərəfdən isə deyirsən ki, Ermənistan Birlik dövlətinin tərkibində olmalıdır. Halbuki hakimiyyətin kilsəyə qarşı kampaniyasının əsas arqumenti guya katolikosun rusiyapərəst olmasıdır”, - deyə o qeyd edib.
Surenyants bildirib ki, siyasi qüvvənin rəhbəri kimi Vitali Balasanyanın bu bəyanatını qınayır.
“Ermənistanın suverenliyini şübhə altına alan istənilən bəyanat mənim üçün qəbuledilməzdir. Vitali Balasanyan kimi insanlar psevdqərbpərəstlərin əks qütbüdür. Uzun müddət ictimai fəallıq göstərməyən bir adam seçki ərəfəsində birdən ortaya çıxıb belə sözlər deyirsə, bu, onun oyununda hər şeyin dürüst olmadığına şübhə yaradır”, - deyə erməni politoloq vurğulayıb.
Onun sözlərinə görə, hakimiyyət Vitali Balasanyan adlı “hədiyyə” əldə edib.
Surenyants qeyd edib ki, nə Moskvada, nə də İrəvanda rəsmi səviyyədə Birlik Dövlətinə qoşulmaq məsələsi heç vaxt müzakirə olunmayıb.
Surenyants bildirib ki, baxmayaraq ki, Nikol Paşinyan Ermənistanın suverenliyinə zərbə vurub, bu, hansısa başqa dövlətin forpostuna çevrilmək demək deyil.
Erməni politoloq həmçinin bildirib ki, Vitali Balasanyan əvvəlcə öz sözlərini izah etməli və bunun yalnız şəxsi mövqeyi olduğunu deməlidir.
O qeyd edib ki, 2023-cü ildən sonra Balasanyanı heç bir ciddi müxalifət formatında görməyib və açığı, görmək də istəmir.
“Hansı siyasi qüvvə kənardan “dobro” gözləyəcəksə, məhv olacaq, meymunun əlinə qumbara düşməsinə imkan verməyək”, - deyə Surenyants əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az