Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, məqsəd onların hamısının sürücülük vəsiqəsinin olub-olmadığını müəyyənləşdirmək, statuslarından istifadə edərək avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən şəxslərin olub-olmadığını araşdırmaqdır.
“Deyilənə görə, nazirə bir-iki belə hal barədə məlumat verilib və o da bu xəbərlərin nə dərəcədə doğru olduğunu yoxlamaq qərarına gəlib.
Mənbəmizin sözlərinə görə, patrul əməkdaşları hərbi forma geyinmiş sürücüləri saxlayır və Papikyanın göstərişinə uyğun olaraq sürücülük vəsiqəsinin olub-olmadığını yoxlayırlar. Bu proses isə hərbçilər arasında narazılıq dalğasına səbəb olub və onlar bu barədə bizə məlumat veriblər.
Onlar bildirirlər ki, əvvəllər hərbçilərə böyük hörmət və sevgi göstərilirdi, hətta yol polisi müfəttişləri belə hərbi forma görəndə salam verərək onları yola salırdılar, çünki hərbçilərə hörmət var idi”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az