Rusiyanın Ermənistandan sıxışdırılması: İrəvan “Rusiya Dəmir Yolları”nın konsessiyasını əlindən almaq niyyətindədir

2026/03/1773463681.jpg
Oxunub: 432     12:27     15 Mart 2026    
Ermənistanın baş naziri jurnalistlərə bildirib ki, ölkəsi Rusiyaya qarşı deyil, lakin “Cənubi Qafqaz Dəmir Yolu”nun idarə olunmasını həm Ermənistan, həm də Rusiya ilə dost olan başqa bir ölkənin üzərinə götürməsi yaxşı olardı.

Ordu.az xəbər verir ki, bu barədə “Vpoanalytics.com” nəşri “Rusiyanın Ermənistandan sıxışdırılması: İrəvan “Rusiya Dəmir Yolları”nın konsessiyasını əlindən almaq niyyətindədir” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, ekspertlərin fikrincə, Ermənistanın ABŞ, Türkiyə və Azərbaycanla siyasi-iqtisadi yaxınlaşmasının hazırkı tempi nəzərə alınarsa, baş nazirin bu ideyası xaricdən təşviq olunmuş kimi görünür.

“Ermənistanın keçmiş baş naziri və parlamentin sabiq sədri Xosrov Harutyunyan bildirib ki, əgər Rusiya tərəfi Ermənistanın təklifinə operativ reaksiya verməsə, Türkiyə ərazisindən Naxçıvan-Qars dəmir yolunun tikintisinin sürətlənməsi nəticəsində Ermənistan ərazisindən keçən Naxçıvan-Arazdəyən-Axurik-Qars marşrutunun əhəmiyyəti azala bilər.

Onun sözlərinə görə, belə bir vəziyyət Paşinyana gələcəkdə Ermənistanın tranzit potensialının itirilməsini konsessiya operatorunun günahı kimi təqdim etməyə imkan verə bilər.

Hazırda Ermənistanın dəmir yolu şəbəkəsi “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” tərəfindən idarə olunur. 2008-ci ildə imzalanmış konsessiya müqaviləsinə əsasən, bu idarəetmə 30 il müddətinə verilib və daha 10 il uzadılması hüququ var”, - deyə nəşr bildirib.

KİV vurğulayıb lo, bu müddət ərzində rus tərəfinin investisiyaları 30 milyard rubldan çox olub, Ermənistan büdcəsinə isə 15 milyard rubldan artıq vergi ödənilib. Şəbəkənin 520 kilometrdən çox hissəsi təmir edilib, onlarla körpü və tunel yenidən qurulub.

“Bununla belə, bəzi ekspertlər hesab edir ki, Ermənistanın dəmir yolu idarəetməsinin dəyişdirilməsi artıq formalaşmış sistemin sabitliyini poza və ölkənin nəqliyyat təhlükəsizliyi üçün əlavə risklər yarada bilər.

Bir sıra analitiklər Paşinyan hökumətinin yeni konsessionerlər vasitəsilə Ermənistanın dəmir yollarını Türkiyə və Azərbaycanın dəstəklədiyi regional layihələrə inteqrasiya etmək niyyətində olduğunu düşünürlər”, - deyə məqalədə qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin