Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qarşısında Karapetyanın vəkili Aram Vardevanyan məlumat verib.
Erməni vəkilin sözlərinə görə, məhkəmənin bu qərarı seçki prosesinə birbaşa müdaxilədir.
Xatırladaq ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində erməni iş adamı Samvel Karapetyan barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə baxılıb.
Məhkəmə iclası zamanı Samvel Karapetyanın tərəfdarları Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qarşısına toplaşaraq azadlıqdan məhrum edilmiş iş adamına dəstək nümayiş etdiriblər.
Alpər Mövludoğlu
Ordu.az