Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, məqsəd onları Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün müraciət etmiş bəzi siyasi qüvvələrə dəstək verməyə sövq etməkdir.
Həmin gün Ermənistan Daxili İşlər Nazirliyinin polisi də bəyan edib ki, Xarici Kəşfiyyat Xidmətinin açıqlaması əsasında Ermənistanın İstintaq Komitəsinə məlumat göndərilib və bunun əsasında cinayət işi başlanıb.
Məsələ ictimaiyyətin diqqət mərkəzində olan əsas mövzulardan birinə çevrilib və müxtəlif siyasi qüvvələr bu məlumatı fərqli şəkildə şərh ediblər.
“Armenpress” agentliyi əlavə məlumat əldə etmək üçün Xarici Kəşfiyyat Xidmətinə bir sıra suallar ünvanlayıb.
Xidmət bildirib ki, kəşfiyyat orqanlarının açıqlamalarında təfərrüatların olmaması adətən onların fəaliyyətinin, mənbələrinin və metodlarının qorunması zərurəti ilə bağlı olur. Bununla belə, bu o demək deyil ki, Ermənistanın hüquq-mühafizə orqanlarına konkret operativ məlumatlar ötürülməyib.
Xidmətin sözlərinə görə, açıqlamanın məqsədi xaricdə yaşayan həmvətənləri mümkün qanunsuz proseslər barədə məlumatlandırmaqdır.
Siyasi qüvvələrin adları ilə bağlı suala cavab olaraq bildirilib ki, xidmətin fəaliyyəti siyasi qüvvələrin mövqeyindən və ya istəklərindən asılı deyil.
Açıqlamada qeyd olunub ki, əldə olunan məlumatlara əsasən göstərilən təzyiqlər bəzi müxalif qüvvələrin xeyrinə dəstək təmin etmək məqsədi daşıyır.
Ermənistan Xarici Kəşfiyyat Xidməti həmçinin bildirib ki, daxil olan məlumatlar ölkədə keçiriləcək demokratik seçkilərə xarici müdaxilə riski olduğunu göstərir.
Qurum əlavə edib ki, bu istiqamətdə qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində tədbirlər görməyə davam edir və Ermənistanın bütün dövlət qurumları ilə əməkdaşlıq edir.
Alpər Mövludoğlu
Ordu.az