Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlər Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər.
“Mirzoyan Ermənistanın Livanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.
Söhbət zamanı mülki obyektlərin hədəfə alınmasının yolverilməzliyi ilə bağlı prinsipial mövqenin vacibliyi vurğulanıb. Həmçinin humanitar vəziyyət və mümkün addımlar müzakirə edilib.
Nazir Mirzoyan Livandan Ermənistan vətəndaşlarını daşıyan reysin təşkilinə göstərilən dəstəyə görə təşəkkür edib”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az