Ordu.az xəbər verir ki, bu barədə Papikyan sosial şəbəkə hesabında yazıb.
“Görüş zamanı Avropa İttifaqı ilə Ermənistan arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq çərçivəsində hərbi təhsil, təlimlər, missiyalarda iştirak və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlərə də toxunulub”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az