Ordu.az xəbər verir ki, bunu martın 13-də Ermənistan Antikorrupsiya Məhkəməsinin qarşısında jurnalistlərlə söhbətində “Güclü Ermənistan” partiyasının üzvü Narek Karapetyan bildirib.
“Lakin onlar başa düşmürlər ki, cəmiyyətin 70 faizi onlara qarşıdır. Bu alətlər onların özlərini legitimlikdən məhrum edəcək, təkcə indi yox, onilliklər boyu bütün erməni demokratiyasını legitimlikdən salacaq. Əgər sən əsas rəqibini hər dəfə hansısa şəkildə məhdudlaşdıra bilirsənsə, deməli gələcəkdə bütün hakimiyyətlər eyni şeyi edəcək. O zaman demokratiyaya nə ehtiyac var?”, - deyə o bildirib.
Rusiyadan seçiciləri Ermənistana gətirib seçkilərdə iştirak etdirmək planı ilə bağlı suala cavab verən Karapetyan qısa şəkildə belə deyib: “Siz bunu texniki baxımdan necə təsəvvür edirsiniz?”.
Qarabağdan könüllü şəkildə köç etmiş şəxslərin problemlərindən danışarkən Narek Karapetyan bildirib ki, hazırda əsas məsələ onların Ermənistanda yerləşdirilməsidir.
“Onların Qarabağa qayıdışı məsələsinə gəldikdə isə gəlin bir-birimizlə dürüst olaq. Düzünü desək, hazırda köç etmiş şəxslərin geri qayıtması mümkün deyil. Bu, böyük məsələdir və biz ona çox ciddi yanaşmalıyıq”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az