Ağstafada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə birgə təlim keçirilib - FOTOLAR

2026/03/1773416375.jpg
Oxunub: 306     18:42     13 Mart 2026    
2026-cı ilin Tədbirlər Planına uyğun olaraq, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə birgə praktiki təlim təşkil olunub.

Ordu.az xəbər verir ki, təlimdə Daxili İşlər və Fövqaladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və "BP Caspian Sea Exploration ltd" şirkətinin nümayəndələri iştirak ediblər.

Təlimin məqsədi xidməti ərazidəki strateji obyektə qarşı terror-təxribat zamanı və digər fövqəladə vəziyyətlərdə əməliyyat qərargahının qurulması, operativ təhlükəsizlik tədbirlərinin tətbiqi, mümkün risk və qəsdlərin vaxtında müəyyən edilərək qarşısının alınması, habelə təxliyyə ilə bağlı praktiki vərdişlərin formalaşdırılması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, birgə fəaliyyətin təşkili sahəsində təcrübənin inkişafı, koordinasiyanın və nəzarət mexanizminin təkmilləşdirilməsi olub.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağstafa   Təlim  


Bizi "telegram"da izləyin