Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində canlı yayım zamanı bildirib.
“Vətəndaş Müqaviləsi” partiyası yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğunu deyən yeganə qüvvədir, çünki bu sənəd münaqişə və qarşıdurma bəyannaməsidir. Bu bəyannamə ilə biz vətəndaşlarımızın rifahını və azadlığını təmin etmək üçün dövlət yaratmırıq, əksinə “dağlıq qarabağ” (ləğv edilmiş qondarma qurum-red.) və “Qərbi Ermənistan” üçün dövlət qururuq.
Biz bu qərarı çox aydın şəkildə qəbul etməliyik. Üstəlik, indi siyasi meydan faktiki olaraq bu məntiq üzrə formalaşır: bir tərəfdə “Qarabağ hərəkatı”nın davam etdirilməməli olduğunu deyən sülh partiyası, digər tərəfdə isə birbaşa və ya dolayısı ilə “Qarabağ hərəkatı”nın davam etdirilməli olduğunu deyən müharibə partiyası”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az