Ermənistan KİV-i: Paşinyan qərar verib, Konstitusiyadan Müstəqillik Bəyannaməsi çıxarılacaq

2026/03/1772619544.jpg
Oxunub: 373     16:02     13 Mart 2026    
“Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Bu barədə Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan qərar verib: Konstitusiyadan Müstəqillik Bəyannaməsi çıxarılacaq” başlıqlı məqaləsində yazıb.

“Baş nazir postunu tutan şəxsin gətirdiyi əsaslandırma kifayət qədər diqqətçəkəndir. “Deyim niyə, çünki Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz münaqişə məntiqi ilə irəliləyib müstəqil dövlət qura bilmərik”, - deyə Paşinyan bildirib və əlavə edib ki, ibadət mərasimində iştirak edərkən mətnin dəyişdirilərək “artsax respublikası”na (ləğv edilmiş qondarma qurum-red.) istinad edilməsini qəbulolunmaz hesab edir”, - deyə nəşr bildirb.

KİV qeyd edib ki, Paşinyanın fikrincə, bu, münaqişə deməkdir və belə hər cümlə müharibəyə çağırış anlamına gəlir.

“Hər dəfə kilsə kürsüsündən və ya hər hansı tribunadan “artsax respublikası” deyildikdə, bu, müharibə yoluna addım atmaq deməkdir. Belə hallarda Azərbaycan da öz ritorikasını inkişaf etdirir… Qayıdış deyəndə hansı qayıdışdan söhbət gedir? “Qaçqınlar”ın (Qarabağdan könüllü şəkildə köç etmiş şəxslər-red.) qayıdışı mövzusu varmı? Azərbaycan da hər dəfə eyni mövzunu qaldırır. Bu mövzular inkişaf etdikcə bir-biri ilə toqquşacaq və müharibəyə çevriləcək”, - deyə Paşinyan bildirib.

“Bir neçə gün əvvəl ədliyyə naziri Srbuhi Qalyan Konstitusiya mətninin layihəsinin mart ayında açıqlanacağını bildirmişdi. “Mətn demək olar hazırdır. Mətn dəyişikliklər üçün rəylər alınması məqsədilə dərc olunacaq. Yəni hər bir təklifə açıq olacağıq”, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, hələ giriş hissəsi və birinci fəsil müzakirə edilməyib və hazır deyil. “İkinci və üçüncü fəsilləri birləşdirərək bir fəsil etdik. Bu o deməkdir ki, dövlətin əsas vəzifəsi vətəndaşların hüquqlarını qorumaqdır. Dövlət daha böyük məsuliyyət götürməyə hazırdır”, - deyə Qalyan bildirib.

Nazir əlavə edib ki, Konstitusiyadan Bəyannamənin çıxarılması ilə bağlı hələ qərar verilməyib.

Lakin məlum oldu ki, belə qərar var və bu, əvvəldən proqnozlaşdırılırdı. Paşinyan Azərbaycanın maraqlarına uyğun Konstitusiya yazır, əgər hakimiyyət total saxtakarlıq və kütləvi səs əlavə etməklə referendum üçün tələb olunan 50 faiz + 1 iştirak göstəricisini təmin etməsə, bu sənədin referendumda qəbul olunmaq şansı yoxdur. Bu bəyanatla Paşinyan bir daha Azərbaycana siqnal göndərir ki, onun iradəsini yerinə yetirir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Konstitusiya  


Bizi "telegram"da izləyin