“Hraparak”: Ehtimal ki, məhz buna görə də Azərbaycan tərəfinə bütün gücləri ilə humanitar dəhliz təklif edirlər

2026/03/1773398151.jpg
Oxunub: 379     14:37     13 Mart 2026    
“Son vaxtlar “Gevoq Papoyan və digərləri” adlı hakimiyyət ansamblı 24/7 rejimində aqressiv təbliğat apararaq bildirir ki, əgər “Vətəndaş Müqaviləsi” Partiyası olmasa, TRIPP (Zəngəzur dəhlizi-red.) də olmayacaq, deməli, sülh də olmayacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, onlar seçiciləri çaşdıraraq iddia edirlər ki, guya Ermənistanın təhlükəsizlik məsələsi ən azı 99 il müddətinə həll olunub, çünki ABŞ şirkəti “Tramp yolu”nun keçməli olduğu Ermənistanın 41 kilometrlik ərazisini 99 il müddətinə icarəyə götürüb.

“Lakin dünən Nikol Paşinyan öz komandasının və onlara inananların üzərinə sanki “soyuq duş” tökdü və eyham vurdu ki, TRIPP layihəsi üzrə işlər müvəqqəti olaraq təxirə salına bilər. Daha sadə desək, həmin yolun tikintisi onların əlində deyil, ABŞ necə istəsə, elə də olacaq”, - deyə KİV bildirib.

Nəşr qeyd edib ki, İranla bağlı münaqişə isə regionda vəziyyəti dəyişib.

“Ötən gün hökumətin iclasından sonra keçirilən brifinqdə Paşinyan sözün əsl mənasında bildirdi ki, İran ətrafında baş verən hadisələr səbəbindən “Tramp yolu” hazırda ABŞ administrasiyasının prioritetləri sırasında deyil.

O dedi: “Görürsünüz nə baş verir və onlar indi nə ilə məşğuldurlar. Təəssüf ki, böyük ehtimalla bu proseslərin vaxtına təsir göstərəcək. Hazırda ABŞ hökuməti başqa bir problemə fokuslanıb. Əlbəttə, əgər məlum olsa ki, təsir etməyəcək, bu daha yaxşı olar”.

Bununla o, sanki “sülh balonunun partladığını” xəbər verdi. Ehtimal ki, məhz buna görə də Azərbaycan tərəfinə bütün gücləri ilə humanitar dəhliz təklif edirlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papoyan   Paşinyan  


Bizi "telegram"da izləyin