Şahmar Mövsümov: "Azərbaycan coğrafi mövqeyindən istifadə edərək əlaqələrini inkişaf etdirir"

2026/03/Ekran-1773396179.jpg
Oxunub: 338     13:39     13 Mart 2026    
Azərbaycan coğrafi mövqeyindən istifadə edərək Şərq və Qərb, Şimal və Cənub ilə əlaqələrini inkişaf etdirir.

Ordu.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Orta Dəhliz və Avrasiya bağlantı keçidi" adlı paneldə deyib.

Onun sözlərinə görə, hazırda dünyada ticarət sahəsində çətinliklər var:

"Azərbaycan coğrafi mövqeyindən istifadə edərək Şərq və Qərb, Şimal və Cənub arasında əlaqələrini inkişaf etdirir. Hər hansı əməkdaşlıq sülh şəraiti olmadan mümkün deyil. Ötən il Ağ Evdə baş tutan tarixi görüş Azərbaycan və Ermənistan arasında sülhə şərait yaratdı".

Ş.Mövsümov həmçinin xatırladıb ki, Azərbaycan investisiyalar qoyur və hazırda 16 ölkəyə qaz ixrac edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahmar-Mövsümov:   Azərbaycan  


Bizi "telegram"da izləyin