Ordu.az xəbər verir ki, bunu Özbəkistan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov XIII Qlobal Bakı Forumunda bəyan edib.
"Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələri liderlərinin sammitində iştirakı mühüm addım olub, burada Azərbaycan regional dialoqa qoşulub. Bu hadisə Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əlaqələrin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət daşıyır", - o bildirib.
Ə.Kamilov qeyd edib ki, hazırda ölkələr iki region arasında qarşılıqlı əlaqəliliyi gücləndirməyə imkan verəcək yeni geoiqtisadi məkanın yaradılmasını müzakirə edirlər.
Özbəkistan Prezidentinin müşavirinin sözlərinə görə, belə əməkdaşlığın inkişafı ticari-iqtisadi münasibətlərin genişləndirilməsinə, enerji sahəsində qarşılıqlı fəaliyyətə, həmçinin humanitar əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək.
Ordu.az