İrandan daha 28 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB

2026/03/Ekran-1773391007.jpg
Oxunub: 1461     22:21     13 Mart 2026    
Bu gün saat 19:40-dan 22:00-dək İrandan daha 28 nəfər Azərbaycana təxliyə olunub.

Ordu.az xəbər verir ki, onlardan 14-ü İran, 8-i Bəhreyn, 6-sı isə Sudan vətəndaşıdır.

Həmin şəxslərin təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

***

Bu gün saat 19:30-da İrandan daha 29 nəfər Azərbaycana təxliyə olunub.

Ordu.az xəbər verir ki, onlardan 4-ü Azərbaycan, 19-u Oman, 3-ü Bəhreyn, 1-i ABŞ, 1-i Kanada, 1-i isə Dominikan vətəndaşıdır.

Həmin şəxslərin təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

***

Bu gün saat 16:00-dan 17:30-dək İrandan Azərbaycana 39 Hindistan vətəndaşı təxliyə olunub.

Ordu.az xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

***

Bu gün saat 15:00-dan 16:00-dək İrandan Azərbaycana 7 Hindistan vətəndaşının təxliyəsi baş tutub.

Ordu.az xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

***

İrandan martın 13-də saat 12:00-15:00 aralığında daha 5 nəfərin Azərbaycana təxliyəsi baş tutub.

Ordu.az xəbər verir ki, həmin şəxslərin 3-ü Azərbaycan, 1-i Çin, 1-i isə Böyük Britaniya vətəndaşıdır.

Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

***

İrandan martın 13-ü saat 10:00-12:00 aralığında daha 5 nəfərin Azərbaycana təxliyəsi baş tutub.

Ordu.az xəbər verir ki, təxliyə "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Tacikistan və Çindən hərəsindən 2 və 1 Rusiya vətəndaşının təxliyəsi baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin