Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək

2026/03/1773389988.jpg
Oxunub: 327     12:18     13 Mart 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 16-19-da Türkiyənin İstanbul şəhərinə səfər edəcək və Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədrinin ezamiyyətlə bağlı sərəncamından məlum olub.

Nümayəndə heyətinin tərkibinə Ermkənistan parlamentinin Xarici əlaqələr daimi komissiyasının sədri Sarkis Xandanyan (14-20 aprel), Maliyyə-kredit və büdcə məsələləri daimi komissiyasının sədri Tsovinar Vardanyan (14-20 aprel) və “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hasmik Akopyan (14-20 aprel) daxildir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Türkiyə  


Bizi "telegram"da izləyin