Ordu.az xəbər verir ki, Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri, COP31-in Prezidenti Murat Kurum XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan "COP-u yaşatmaq uğrunda mübarizə" adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, hazırda Bakı Forumu çox kritik məqamda baş tutur:
"Dünyada münaqişə ocaqları artır. Bu baxımdan Bakıda aparacağımız müzakirələr çox əhəmiyyətli olacaq. Türkiyə COP31-in ev sahibi kimi prosesin müzakirə salonlarından kənara çıxmasını, alınan qərarların təcrübəyə daşınmasını istəyir. İndiyədək keçirilmiş COP tədbirlərində alınmış qərarlar çox dəyərlidir. COP31 isə indiyə qədərki qərarların nəzərdən keçirilib reallaşdırılması baxımından vacib olacaq".
Ordu.az