Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır

2021/05/photo-1622458324.jpg
Oxunub: 354     11:30     13 Mart 2026    
Bu il azad olunan torpaqlarda 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

Ordu.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Baş nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir:

"2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş, ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Minatəmizləmə   Azərbaycan  


Bizi "telegram"da izləyin