Qazaxın Azərbaycana qaytarılan kəndlərinin bərpası istiqamətində işlər aparılır

2025/05/1748060352.jpg
Oxunub: 434     11:27     13 Mart 2026    
Qazax rayonunun 30 il Ermənistanın işğalı altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının razılaşması əsasında Azərbaycana geri qaytarılıb.

Ordu.az-ın məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabata görə, 6,5 km² ərazinin Azərbaycana qaytarılması təmin olunub. Delimitasiya işləri nəticəsində 12.7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və hazırda həmin kəndlərin bərpası istiqamətində işlər aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazax   Kənd  


Bizi "telegram"da izləyin