Ötən il 16,6 min şəxsə məcburi köçkün vəsiqəsi verilib

2026/03/1773387275.jpg
Oxunub: 438     11:25     13 Mart 2026    
2025/2026-cı tədris ilində dövlət ali və orta ixtisas təhsil müəssisələrinə ödənişli əsaslarla yeni qəbul olmuş və təhsil xərcləri dövlət tərəfindən qarşılanan məcburi köçkün statuslu tələbələrin sayı ümumilikdə 3 923 nəfər təşkil edib.

Ordu.az-ın məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, hesabat dövrü ərzində 16,6 min məcburi köçkünə özündə müxtəlif güzəşt və imtiyazları ehtiva edən yeni status sənədi (məcburi köçkün vəsiqəsi) verilib.

Aztəminatlı məcburi köçkün ailələrinə il ərzində 18 min ədəd yataq desti, 15,6 min dəst şərf və əlcək, onların övladlarına müəyyən yaş qrupları üzrə 9 min ədəd önü bağlanan məktəbli jaket, 8 min dəst məktəbli forması, 8,9 min ədəd isə üst qış geyimi paylanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məcburi-köçkün   Vəsiqə  


Bizi "telegram"da izləyin