Ötən il şəhid ailəsi üzvləri hansı sosial tədbirlərlə əhatə olunub?

2023/09/16812-1695188094.jpg
Oxunub: 567     11:24     13 Mart 2026    
Postmüharibə dövründə 132 min unikal şəxs 411 min sosial dəstək tədbiri ilə əhatə olunub.

Ordu.az-ın məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Belə ki:

3 323 şəhidin (o cümlədən 86 mülki şəhid) 8 820 ailə üzvünə 17 541 sosial ödəniş (8 613 Prezident təqaüdü, 5 666 sosial müavinət, 3 262 pensiya) təyin edilib;
bütün mülki şəhidlərin ailə üzvlərinə (229 nəfərə 480 ödəniş) sosial ödəniş təyinatları yekunlaşdırılıb;
4 494 şəxsə müharibə ilə əlaqədar əlillik müəyyən olunmuş və həmin şəxslərə 8 988 sosial ödəniş təyin edilib;
29 min şəxs məşğulluq tədbirlərinə (13,5 min şəxs özünüməşğulluq proqramına, 14 min şəxs işədüzəltməyə, 1,4 min şəxs peşə hazırlıq kurslarına) cəlb edilib;
1 744 şəhid ailəsi üzvü, 1 056 nəfər müharibədə xəsarət alan şəxs və 3 499 nəfər müharibə iştirakçısı olmaqla ümumilikdə 6 299 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir;
məşğulluq marafonu çərçivəsində 690 işəgötürən tərəfindən 2 538 şəxs müvafiq işlə təmin olunub;
7 200 mənzil şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan və həssas təbəqədən olan digər şəxslərə verilib;
567 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib;
2 954 ailənin üzvlərinə psixoloji dəstək göstərilib və ödənişsiz dərman verilib;
reabilitasiya müəssisələrində 3 747 nəfərə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib;
496 hərbçi (I Qarabağ müharibəsi və Vətən müharibəsi) 619 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib;
96 min reabilitasiya xidməti göstərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-ailəsi   Azərbaycan  


Bizi "telegram"da izləyin