Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb

2026/03/1773386800.jpg
Oxunub: 426     11:18     13 Mart 2026    
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard ABŞ dolları təşkil edib.

Ordu.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.

O, xatırladıb ki, ötən il ölkənin strateji valyuta ehtiyatları təqribən 14 milyard ABŞ dolları və yaxud 20 % artaraq 85 milyard ABŞ dolları keçib:

"Bu, ÜDM-dən 12 % çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir, xarici dövlət borcunu (4,8 milyard ABŞ dolları) 18 dəfəyə qədər üstələyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Valyuta-ehtiyatı  


Bizi "telegram"da izləyin