Lu Mey: "Çin Azərbaycanda beynəlxalq tədbirlərdə fəal şəkildə iştirak etmək niyyətindədir"

2026/03/Ekran-1773385911.jpg
Oxunub: 462     11:04     13 Mart 2026    
Pekin Bakı ilə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi və yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün əməkdaşlığa hazırdır.

Ordu.az-ın məlumatına görə, bunu Çinin Bakıdakı səfiri Lu Mey bu gün keçirilən brifinqdə deyib.

"Çin iki ölkə arasında ənənəvi dostluğun daha da inkişaf etdirilməsi, dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaların qətiyyətlə həyata keçirilməsi və Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yardım göstərilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırdır", - səfir vurğulayıb.

O qeyd edib ki, bu il Azərbaycanda bir sıra böyük beynəlxalq tədbirlər keçiriləcək və Çin tərəfi onlarda fəal şəkildə iştirak edəcək: "Bu il Azərbaycan BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) illik iclasına, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13)və Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitinə, eləcə də Çinin fəal iştirak edəcəyi digər çoxtərəfli tədbirlərə ev sahibliyi edəcək".

Onun sözlərinə görə, gələcəkdə iki ölkənin Xarici İşlər nazirlikləri, parlamentləri və hakim partiyaları arasında qarşılıqlı fəaliyyət, eləcə də ticarət, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlıq zəngin gündəliyə malik olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Azərbaycan  


Bizi "telegram"da izləyin