Lu Mey Azərbaycana Çin vətəndaşlarının İrandan təxliyəsinə görə təşəkkür edib

2026/03/Ekran-1773385748.jpg
Oxunub: 349     10:50     13 Mart 2026    
Çinin Bakıdakı səfiri Lu Mey Azərbaycan hökumətinə ölkə vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi köməyə görə minnətdarlığını ifadə edib.

Ordu.az-ın məlumatına görə, Çin diplomatı bunu bu gün brifinqdə bəyan edib.

"Xüsusilə vurğulamaq lazımdır ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatının başlanmasından bəri Azərbaycan hökuməti Çin vətəndaşlarının İrandan təxliyyəsinə fəal şəkildə kömək edib. Astara sərhəd-keçid məntəqəsi vasitəsilə 600-dən çox Çin vətəndaşının sərhədi uğurla keçməsini təmin edilib. Bu, Çin və Azərbaycan arasındakı yüksək səviyyəli siyasi etimadın növbəti təsdiqidir. Bu baxımdan, göstərilən yardıma və hərtərəfli dəstəyə görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm", - Lu Mey deyib.

Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlara görə bir çox xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi həyata keçirilməyə başlayıb. Martın 12-si saat 10:00-dək Azərbaycana Çinin ümumilikdə 685 vətəndaşı təxliyə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Çin  


Bizi "telegram"da izləyin