Ordu.az xəbər verir ki, bunu Avropa Komissiyasının daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Bruner İrəvanda "Armenpress"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropanın Sərhəd və Sahil Mühafizəsi Agentliyi ("Frontex"), Aİ-nin Hüquq-Mühafizə Sahəsində Əməkdaşlıq Agentliyi ("Europol") Ermənistanın hüquq-mühafizə orqanları və sərhədçiləri ilə əməkdaşlığa hazırdır.
"Eyni zamanda, Aİ zərurət yarandığı halda əlavə dəstək göstərə də bilər. Yaxın Şərqdə davam edən böhran əlavə humanitar və miqrasiya təzyiqi yarada bilər. Belə hallarda biz humanitar ehtiyaclara adekvat cavab vermək üçün Ermənistanla sıx əməkdaşlığı davam etdirəcəyik", - o bildirib.
M.Bruner həmçinin qeyd edib ki, Aİ-nin 60-dan çox ölkə ilə vizasız rejim haqqında sazişləri var və hazırda Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlar aparılır: "Bu, Ermənistan vətəndaşları üçün təhsil, biznes, turizm və mədəni mübadilə sahələrində yeni imkanlar yaradacaq, həmçinin Ermənistan ilə Aİ arasında əlaqələri daha da möhkəmləndirəcək".
Ordu.az