Erməni politoloq: “Dəlisov Avropada çıxış edərək ən aşağı səviyyəli vassala çevrilmək istədiyini deyir”

2026/03/1773381723.jpg
Oxunub: 375     10:07     13 Mart 2026    
“Təbliğatı zamanı dəlisov (Ermənistan Baş naziri Nikol Paşinyanı nəzərdə tutur-red.) “müstəqillik” terminindən istifadə etməyi sevir və bunu belə təqdim edir ki, Qarabağı qurban verməklə, 15 kilometrlik delimitasiya ilə Ermənistana müstəqillik gətirib, digərləri isə Ermənistanı ucqar əyalətə çevirmək istəyirlər”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazaraq Nikol Paşinyanın Avropa Şurasında çıxışına münasibət bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə dəlisovun dünya haqqında primitiv təsəvvürlərinin yayılmaması üçün “müstəqillik” anlayışını izah etmək lazımdır.

“Dövlətlərin bir növ “kadastrı” mövcuddur, bu, BMT-dir. Orada hüquqi baxımdan tanınma verilir və müvafiq hüquq və öhdəliklərlə birlikdə dövlət subyekti olmaq barədə “kadastr şəhadətnaməsi” təqdim olunur.

Amma bu və ya digər dövlətin real olaraq nə dərəcədə müstəqil, daha dəqiq desək, nə qədər özünüidarəedən olması həmin dövlətin insan, iqtisadi və hərbi resurslarından, ən əsası isə xalqın iradə potensialından asılıdır. Real müstəqillikdən danışmaq bu meyarların ümumi nəticəsini qiymətləndirmək deməkdir.

Hazırda İranın ətrafında nə baş verir? İran qurbanlar hesabına öz müstəqilliyini, yəni real suverenliyini qoruyur. Əgər İran tab gətirsə, o zaman ən müstəqil, yəni suverenliyin ən yüksək səviyyəsinə malik dövlətlərdən birinə çevriləcək.

Bəs dəlisov nə edir? Müstəqillik haqqında çox danışmağı sevən dəlisov Avropaya gedib və orada ən aşağı səviyyəli vassala çevrilmək istədiyini bildirir, suverenliyin son qalıqlarını belə güzəştə getməyə hazır olduğunu deyir. O, hakimiyyətdə qalmaq üçün kənar müdaxilənin köməyi ilə kilsəni, siyasi rəqiblərini və qonşularını nüfuzdan salır və bununla da bizim suverenliyimizin (onun terminologiyası ilə desək, müstəqilliyimizin) son qalıqlarını sıfırlayır”, - deyə Danielyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danielyan   Ermənistan  


Bizi "telegram"da izləyin