Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” yazır.
“ABŞ-İsrail tərəfindən davam edən bombardmanlar vasitəsilə İran rejiminin raket və nüvə imkanlarını məhv etməyə çalışmaqla yanaşı, biz başqa bir məqsəd üzərində də işləyirik: iranlıların təxminən əlli ildir onları sıxışdıran qəddar və avtoritar rejimi devirməsinə imkan verəcək şərait yaratmaq. Biz İslam İnqilabı Keşikçiləri Korpusuna, onların bazalarına, küçə qüvvələrinə və nəzarət məntəqələrinə sarsıdıcı zərbələr endiririk və qarşıda daha çoxu olacaq. İran xalqına müraciət edirəm: azadlığa doğru yeni yol başlaya biləcəyiniz an yaxınlaşır. O an yaxınlaşır. Biz sizinləyik. Sizə kömək edirik. Lakin son nəticədə hər şey sizdən asılıdır. Hər şey sizin əlinizdədir”, - deyə Netanyahu bildirib.
O, həmçinin vurğulayıb ki, “İranın hərbi ambisiyaları təcili hərbi əməliyyat tələb edirdi”.
“Əgər biz dərhal hərəkət etməsəydik, bir neçə ay ərzində İranın ölümcül sənayesi istənilən hücum üçün toxunulmaz olacaqdı. Buna görə də biz, ABŞ və İsrail başladığımız işi davam etdirmək və İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün birləşdik. Həmçinin İsrailə, ABŞ-yə və bütün dünyaya təhlükə yaradan ballistik raketlərin hazırlanmasının qarşısını almaq üçün”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az