Ermənistan XİN rəhbəri və İsveçrənin vitse-prezidenti Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

2026/03/1773340244.jpg
Oxunub: 392     21:46     12 Mart 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berndə İsveçrənin vitse-prezidenti, Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis ilə görüşüb.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun dinamik inkişafını və müxtəlif istiqamətlərdə tərəfdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını məmnunluqla qeyd ediblər.

Bildirilib ki, Mirzoyan və Kassis həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdəki hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Ermənistanın XİN rəhbəri İrəvan və Bakı arasında bərqərar olmuş sülhün daha da institusionallaşdırılmasına yönəlmiş addımları təqdim edib.

Qeyd edilib ki, Ermənistan və İsveçrənin xarici işlər nazirləri qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İsveçrə  


Bizi "telegram"da izləyin