Ordu.az xəbər verir ki, bunu keçmiş erməni döyüşçü Aşot Sevyan deyib.
“O halda Ermənistanın vəziyyətinin necə olacağını təsəvvür etmək belə istəmirəm. Allah eləməsin ki, quru qoşunlarının daha böyük eskalasiyası baş versin. Hər halda dəhliz məsələsi ilk növbədə ələ keçirilməlidir ki, quru hücumlarını həyata keçirmək mümkün olsun.
Aydındır ki, quru hücumları olacağı halda Ermənistanın ərazisindən istifadə ediləcək. Məsələn, Türkiyə İrana qoşunları haradan gətirəcək? Əlbəttə, Naxçıvan və Mehri vasitəsilə. Hər halda düşünmürəm ki, Türkiyə belə bir addıma gedər. Bunun üçün İranın bir neçə hissəyə bölünməsi lazımdır”, - deyə o qeyd edib.
Sevyanın sözlərinə görə, Türkiyə İrana qarşı addımlar atmayacaq, çünki İranda kürd faktoru var və əgər kürdlər orada fəallaşsalar, bu, Türkiyə üçün də böyük problemlər yarada bilər.
“İranın ayaqda qalması həm də regionda sabitliyin qorunması deməkdir. Təsəvvür edin ki, 90 milyon əhalisi olan bir ölkə parçalanarsa, Cənubi Qafqazda hansı xaos yaranar. Bu isə Ermənistanın maraqlarına uyğun deyil.
Ümumilikdə baxsaq, İsrail və ABŞ-nin məqsədi məhz bu idi. Lakin onlar quru əməliyyatı aparmırlar, ya planları, ya da yolu yoxdur. Amma əminəm ki, bu iki ölkə təkcə hava zərbələri ilə İranı diz çökdürə bilməyəcək. Əksinə, hazırda İran xalqı əvvəlkindən daha çox birləşib”, - deyə Sevyan qeyd edib.
O bildirib ki, hazırkı mərhələdə müharibənin davam etməsi İran üçün müəyyən mənada sərfəlidir.
“Çünki hərbi əməliyyatlar dayansa, ölkə daxilində azlıqlar fəallaşa bilər, indi isə hamı daha çox birləşib. Əminəm ki, İran öz hərəkətləri ilə göstərdi ki, uzunmüddətli hərbi əməliyyatlara hazırdır. Rusiya və İran uzunmüddətli müharibələr aparan ölkələrdir, qısamüddətli müharibələrdə isə özlərini göstərə bilmirlər. İran nə İraqdır, nə də Əfqanıstandır, Hörmüz boğazını bağlamaqla bütün dünyanı diz çökdürdü.
Bundan başqa, təsəvvür edin ki, İran qonşu ölkələrin neft yataqlarına zərbələr endirməyə başlasa, bu, bütün dünyanı kollapsa sala bilər. İran uzun illərdir beynəlxalq sanksiyalar altındadır, amma görün indi hansı raketlərlə zərbələr endirməyə başlayıb. Faktiki olaraq İranın başqa yolu yoxdur, sona qədər getməlidir”, - deyə Sevyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az