Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Aİ-nin ekspert qrupunun Ermənistana nə vaxt gələcəyi və nə ilə məşğul olacağı barədə suala cavab verərkən deyib.
Ermənistanın hibrid təhdidlərə təkbaşına qarşı mübarizə apara bilməyəcəyi ilə bağlı suala Kostanyan belə cavab verib: “Ermənistanın öz imkanları var, lakin şübhəsiz ki, müəyyən ekspert dəstəyi hər zaman daha faydalı ola bilər. Əvvəlki bütün seçkilərdə də müxtəlif beynəlxalq tərəfdaşlarımız illər boyu Ermənistana dəstək göstəriblər”.
Kostanyan Ermənistanın konkret olaraq hansı ölkələrdən hibrid müharibə təhdidi gördüyünü açıqlamayıb.
“Bizim mənbələr barədə öz təsəvvürlərimiz var. Zərurət yarandıqda müxtəlif tərəfdaşlarımız bu barədə açıq danışırlar. Əminəm ki, Xarici Kəşfiyyat Xidmətinin son bəyanatını da görmüsünüz”, - deyə Kostanyan bildirib.
O qeyd edib ki, Xarici İşlər Nazirliyi də parlament seçkiləri ərəfəsində başqa ölkədə Ermənistan vətəndaşlarına təzyiq göstərilməsi ilə bağlı məlumatlara malikdir.
Xatırladaq ki, Ermənistanın Xarici Kəşfiyyat Xidməti başqa ölkədə Ermənistan vətəndaşlarına göstərilən təzyiqlər və qarşıdan gələn seçki prosesinə müdaxilə ilə bağlı bəyanat yaymışdı.
“Xarici İşlər Nazirliyi də bu cür məlumatlara malikdir, lakin onlar zərurət olduqda açıqlanacaq. Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlarımız da bu məsələləri izləyir və ola bilsin ki, burada cinayət məsuliyyəti məsələsi də ortaya çıxsın”, - deyə Kostanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az