Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsselə işgüzar səfəri çərçivəsində martın 12-də Belçika Krallığının müdafiə və xarici ticarət naziri Teo Franken ilə görüşüb.
Ordu.az xəbər verir ki, bu barədə Suren Papikyan “Facebook” səhifəsində məlumat verib.
Xatırladaq ki, Suren Papikyan martın 12-də Brüsseldə keçirilən BEDEX beynəlxalq sərgisinin təntənəli açılış mərasimində iştirak edib və sərginin pavilyonları ilə tanış olub.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Belçika