Yunanıstan Tehrandakı səfirliyini Bakıya köçürür

2025/09/1758085450.jpg
Oxunub: 483     19:57     12 Mart 2026    
Yunanıstan Xarici İşlər Nazirliyi cümə axşamı Tehrandakı səfirliyin Azərbaycandakı Bakıya köçürüldüyünü elan edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bu addım təhlükəsizlik səbəbləri ilə atılıb.

Nazirliyin sözçüsü Liana Zotou bildirib ki, bu qərar İran paytaxtında təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlıdır və mövcud şərait diplomatik nümayəndəliyin təhlükəsiz fəaliyyət göstərməsinə artıq imkan vermir.

Məlumata görə, İrandan Yunanıstan vətəndaşlarının geri qaytarılması ilə bağlı müraciətlər yoxdur. Çünki orada yaşayan yunan vətəndaşlarının sayı çox azdır və əsasən diplomatik nümayəndəliyin əməkdaşları və onların ailə üzvlərindən ibarətdir.

Təhlükəsizlik səbəbləri ilə köçürülmənin detalları açıqlanmır və proses hazırda davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Azərbaycan  


Bizi "telegram"da izləyin