Ordu.az xəbər ki, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım paneldə çıxış edərək bildirib ki, son illər dünyada baş verən müharibə və qiyamların həlli üçün BMT uğurlu iş ortaya qoya bilməyib.
Binəli Yıldırım qeyd edib ki, bəşəriyyətin qarşılaşdığı problemlərin həlli üçün mövcud problemlər aradan qaldırılmalıdır.
BMT Baş Assambleyasının 72-ci sessiyasının Prezidenti Miroslav Layçak deyib ki, BMT yaranandan indiyədək fəaliyyəti zəifləyib:
"Güclü gündəlik qurulmalıdır. Təhlükəsizlik sadəcə müharibə ilə bağlı deyil, burada inkişaf məsələləri də var. BMT çərçivəsində bütün dünya üçün önəmli məsələlərə diqqət yetirilməlidir".
BMT Baş Assambleyasının 62-ci sessiyasının sədri, Şimali Makedoniyanın sabiq xarici işlər naziri Srdcan Kerim öz çıxışında qeyd edib ki, BMT sistemində uzlaşmanın artırılması təşkilatda dərin islahatların aparılması üçün strateji zərurətdir.
BMT Baş Assambleyasının 75-ci sessiyasının sabiq prezidenti, Türkiyənin Avropa İttifaqı məsələləri üzrə sabiq naziri Volkan Bozkır qeyd edib ki, nüvə silahından imtina dünya üçün böyük addımdır.
"Baş verən proseslərə qarşı güclü olmalıyıq. Dünyaya güclü siyasətçilər, liderlər lazımdır. Əgər digər təşkilat olmasa, o zaman BMT bizə lazım olacaq".
BMT Ticarət və İnkişaf təşkilatının Baş katibinin müavini Pedro Manuel Moreno öz növbəsində əlavə edib ki, BMT, BMT Təhlükəsizlik Şurası islahatlardan keçib:
"Lakin indi resurslar azalıb. 2025-ci illə müqayisədə Təşkilatın büdcəsi 25% azalıb. BMT-ni illər sonra da məhsuldar təşkilata çevirə bilərik".
Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibinin müavini Tomas Lamanauskas hesab edir ki, BMT texnoloji şəraitin inkişafı üçün müəyyən işlər görüb.
"Süni intellekt, texnoloji alətlərlə bağlı çağırışları BMT üzvlərinə çatdırmağa çalışacağıq".
Onun fikrincə, BMT-nin maliyyəsi üzərində yenidən təhlillər aparılmalıdır.
Ordu.az