Ordu.az xəbər verir ki, bunu bu gün hökumət binasında jurnalistlərlə brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, jurnalistlərdən birinin qeyd etdiyi məqama münasibət bildirib. Jurnalist demişdi ki, məsələn, hakim “Vətəndaş Müqaviləsi” partiyasından deputat Narek Qriqoryan özünə xəsarət yetirməklə ordudan azad olunub, Ermənistan Futbol Federasiyasının vitse-prezidenti Armen Nikoqosyanın oğlu və qardaşı oğlu isə guya futbolçu olduqları əsas gətirilərək hərbi xidmətdən azad ediliblər.
Paşinyan qeyd edib: “Sizin dediyiniz məsələlərə gəlincə, hər iki halda Ermənistanın hüquq-mühafizə orqanları sizin sözlərinizi cinayət barədə məlumat kimi qəbul etməyə və müvafiq prosedurlarla araşdırma aparmağa borcludurlar. Baş nazir desə də, deməsə də, hüquq-mühafizə orqanları buna borcludur”.
Alpər Mövludoğlu
Ordu.az