Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Əsaslandırmada qeyd olunur ki, layihənin məqsədi Ermənistan və Gürcüstan enerji sistemlərini Gürcüstan sərhədinə yaxın ərazidə, Ermənistanın Ayrum şəhərində yerləşəcək 500/400/220 kV yüksək gərginlikli sabit cərəyan çevirici stansiyası vasitəsilə birləşdirməkdir. Stansiyanın son gücü 1050 MVt təşkil edəcək.
Gürcüstan tərəfdən birləşmə “Marneuli” yarımstansiyasından çəkiləcək 500 kV-luq hava xətti vasitəsilə həyata keçiriləcək. Ermənistan tərəfdən isə birləşmə Ddmaşen ərazisində yerləşən 400/220 kV yarımstansiyadan çəkiləcək 400 kV-luq hava xətti ilə təmin olunacaq.
Layihə nəticəsində Ermənistan və Gürcüstan arasında elektrik enerjisi mübadiləsi gücünün hazırkı 200 MVt səviyyəsindən birinci mərhələdə 350 MVt-a çatdırılması planlaşdırılır. Daha sonra isə regional bazarın tələbatından asılı olaraq bu göstəricinin 1050 MVt-a qədər artırılması nəzərdə tutulur.
Yeni elektrik ötürmə hava xətlərinin tikintisi xidmət keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, energetika sahəsində regional qarşılıqlı faydalı əməkdaşlığın inkişafını stimullaşdıracaq və MDB ölkələrinin elektrik enerji sistemi ilə paralel işin təşkili üçün zəmin yaradacaq.
Layihənin həyata keçirilməsi üçün bağlanmış kredit və qrant vəsaitlərinin ümumi mövcud büdcəsi vergilər nəzərə alınmadan 188,75 milyon avro təşkil edir. Lakin 2024-cü ilin noyabrında məsləhətçi tərəfindən təqdim olunan yenilənmiş layihə dəyəri 542,75 milyon avro olaraq qiymətləndirilib.
Alpər Mövludoğlu
Ordu.az