“Sputnik Armenia”: Ermənistanda Türkiyə vətəndaşlarının adına 60 daşınmaz əmlak qeydiyyata alınıb

2026/03/1773317710.jpg
Oxunub: 356     16:16     12 Mart 2026    
Ermənistanda Türkiyə vətəndaşlarının adına 60 daşınmaz əmlak qeydiyyata alınıb.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”nın sorğusuna cavab olaraq Ermənistanın Kadastr Komitəsindən bildirilib.

Komitənin elektron arxivindən əldə olunan məlumatlar 2026-cı ilin fevral ayına aiddir.

Komitədən həmçinin bildirilib ki, Ermənistanda Azərbaycan vətəndaşlarının adına qeydiyyata alınmış əmlak yoxdur.

Xatırladaq ki, 2023-cü ildə Ermənistanın Kadastr Komitəsi bildirmişdi ki, Azərbaycan vətəndaşları 2022-ci ildə Ermənistanda 2 daşınmaz əmlak əldə ediblər.

Türkiyə vətəndaşları isə 2022-ci ildə İrəvandakı çoxmənzilli yaşayış binalarında 11 daşınmaz əmlak əldə etmişdilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin