Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin "Komanda-Qərargah" təlimi keçirilib - FOTOLAR

2026/03/1773317037.jpg
Oxunub: 400     15:37     12 Mart 2026    
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin "Komanda-Qərargah" təlimi keçirilib.

Bu barədə Ordu.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, Müdafiə, Daxili İşlər, Fövqaladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, "BP Caspian Sea Exploration ltd" şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş və "Səngəçal Terminalının istismar sahəsində təxribata cəhdin qarşısının alınması" məsələlərinə həsr olunmuş təlimin məqsədi bu sahədə mümkün risklərin vaxtında müəyyən edilməsi və qarşısının alınması, aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin təkmilləşdirilməsi, əməliyyatların koordinasiyası, həmçinin xidmət zamanı əməkdaşların sayıqlığının artırılması istiqamətində nəzəri-praktiki bilik və bacarıqların inkişaf etdirilməsi olub.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin