Silvana Kox-Merin: "Azərbaycanın beynəlxalq arenada strateji əhəmiyyəti artır"

2026/03/Ekran-1773316680.jpg
Oxunub: 271     15:07     12 Mart 2026    
Azərbaycanın beynəlxalq arenada strateji əhəmiyyəti artır.

Ordu.az xəbər verir ki, bu barədə "Women Political Leaders" təşkilatının prezidenti və təsisçisi, Avropa Parlamentinin sabiq vitse-prezidenti (2009-2011-ci illər) Silvana Kox-Merin XIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Hazırda ölkə qlobal vəziyyətə təsir göstərən böyük münaqişə regionu ilə qonşu olduğu üçün geosiyasi proseslərin mərkəzindədir", - o qeyd edib.

Silvana Kox-Merinin sözlərinə görə, Azərbaycan enerji resurslarının istehsalçısı və tədarükçüsü kimi energetika sahəsində mühüm rol oynayır ki, bu da ölkənin beynəlxalq arenada strateji əhəmiyyətini artırır.

"Bütün bunlar forumun məhz Bakıda keçirilməsinin aktuallığını vurğulayır. İranda və Fars körfəzi ölkələrində münaqişənin gərginləşməsi bütün dünyada humanitar proseslər üçün ciddi fəsadlara səbəb ola bilər", - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Merin  


Bizi "telegram"da izləyin